İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı silahlı “VOMA”dan TƏHDİD: Laçın yolu müharibə ilə açılacaq - CANLI

1434 05.08.2023 11:59 Gündəm A A

“Biz ən yüksək instansiyalarda Qarabağın təhlükəsizliyinin təminatçısı olmaqdan imtina etmişik. Ordunun kiçik bir hissəsi olan müdafiə sistemimizdə ciddi islahatlar aparmırıq”. Musavat.com bildirir ki, bunu “VOMA” terrorçu hərbi-siyasi təşkilatın rəhbəri, kəşfiyyatçı Vova Vartanov NEWS.am-a müsahibəsində deyib.

O bildirib ki, üç il kifayət qədər uzun müddətdir. “Biz lazımi dəyişiklikləri etsəydik, hətta iki ildən sonra elə nəticələr əldə edərdik ki, dünyada hamı təəccüblənərdi. Sülh müharibəyə hazırlaşmaq üçün verilir. Müharibə olsa da, olmasa da, biz müharibəyə hazırlaşmalıyıq”.

Vartanov onu da deyib ki, Laçın dəhlizinin açılması məsələsini ancaq hərbi yolla həll etmək olar. “Amma bizim hücuma ehtiyacımız yoxdur. Müharibəyə yaxşı hazırlaşsanız, düşmən bunu qiymətləndirəcək və toqquşmadan, o cümlədən 10 noyabr bəyanatının müddəalarına əməl etməyə məcbur edilmədən güzəştə gedə bilər”.

Qeyd edək ki, bu gün bir sıra humanitar təşkilatların nümayəndələri bu gün Kornidzor kəndinin Laçın dəhlizinin girişində humanitar yardım daşıyan yük maşınlarının yerləşdiyi əraziyə baş çəkiblər.

Seperatçılar bu günü özləri üçün həlledici adlandırırlar. “Hraparak” qəzetində yayımlanan məqalədə bildirilir. Söhbət separatçıların avqustun 5-nə planlaşdırdıqları “aksiya”sından gedir. Belə ki, separatçılar dinc yürüş adı altında “Laçın” sərhəd buraxılış məntəqəsinə hücum planlaşdırırlar.

Sözügedən təxribatın təşkilatçısı Artur Osipov, dəstəkçisi isə separatçı Samvel Babayandır. Samvel Babayanın Araik Arutyunyanla yaxşı münasibətləri olduğuna diqqət çəkilir. Qeyd edək ki, ermənilər sabahkı “aksiya” ilə yeni təxribat törədərək bölgədə gərginlik yaratmaq və bununla da dünya ictimaiyyətinin nəzərində məzlum obrazı formalaşdırmaq niyyəti güdürlər. Ermənistan Baş naziri Nikol Paşinyan Xankəndi və ətrafında yaşayan erməniləri Azərbaycana inteqrasiyaya təşviq edir. Ermənistanın “Joqovurd” qəzeti yazır.

“Samvel Babayan Nikol Paşinyanın Qarabağ erməniləri arasındakı ruporuna çevrilib. Artıq uzun müddətdir Paşinyan öz təbliğat tezislərini irəli sürür, Qarabağ ermənilərini Ağdam yolundan istifadə etməyin, yüklərin həmin yolla daşınmasının, üstəlik, Azərbaycanla dialoq aparmağın lazım olduğuna inandırmağa çalışır. O, bunları onunla əsaslandırır ki, yalnız bu üsulla yekun sülh yolu bərqərar olacaq”, - məlumatda deyilir. Nəşrin iddiasına görə, Paşinyanın Xankəndidəki adamı - Samvel Babayan vasitəsilə Qarabağ ermənilərini Azərbaycana inteqrasiyaya təşviq etməyə çalışır. Samvel Babayan separatçı rejimin “təhlükəsizlik şurasının keçmiş katibi”dir.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Xəyal Bəşirovla söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR