İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı hay-küyçü hay dəstəsindən daha bir “qazlı xəbər”

835 17.01.2023 20:16 Region A A

Qarabağdakı separatçı rejim axşam saatlarında belə bir xəbər yayıb ki, “Ermənistandan Artsaxa Azərbaycan tərəfindən saat 13:00-da kəsilən qazın verilişi bərpa edilib”.

Bundan bir neçə saat əvvəl qondarma qurum qaz təchizatının kəsildiyini iddia etmişdi. Amma qəzanın harada, hansı səbəbdən baş verməsi haqda heç nə deyilməmişdi. Hay dəstəsi sadəcə Azərbaycanı günahlandırmaqla işlərini bitmiş sayırlar. Lakin kimsə sual etmir ki, əgər Azərbaycan tərəfin barmağı olmuşdusa, qəzanın belə operativ aradan qaldırılması necə baş verdi? Bu bir daha hay saxtakarlığını nümayiş etdirir, həmçinin əgər qaz kəsilmişdisə belə, onun Qarabağdakı separatçıların qazının məhz Ermənistan tərəfindən kəsildiyini təsdiqləyir.

Qatabağdakı oyuncaq “informasiya qərargahı”nın yaydığı məlumatda deyilir ki, qaz təchizatının təmin edilməsi məqsədilə hazırda müvafiq profilaktik və bərpa işləri aparılır. Axşam saatlarına kimi həm Xankəndi, həm də rayonlarda qazın verilişinin bərpa olunması planlaşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR