İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı baş terrorçunun qardaşı da “banladı”

1607 19.04.2023 16:33 Region A A


“Aprelin 11-də artsax respublikasının hakimiyyət orqanları Rusiya Federasiyasının sülhməramlı missiyası vasitəsilə Azərbaycan tərəfinə Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə, təcili humanitar məsələlərlə bağlı onların yerləşdirildiyi yerdə görüş keçirmək təklifi göndərib”.

Musavat.com bildirir ki, bu, sərsəm açıqlamanı Qarabağdakı separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyanın qardaşı, oyuncaq “milli assambleyanın “Azad Vətən-UCA” fraksiyasının rəhbəri” Artur Arutyunyan 168.am saytına deyib.

Bildirib ki, hələlik Bakıdan cavab yoxdur. “Biz görüşməyə və müzakirələr aparmağa hazır olduğumuzu bildirdik, lakin hazırda cavab yoxdur. Məzmun baxımından bu müzakirələr infrastruktura, yəni elektrik enerjisinin və qaz təchizatının bərpasına aiddir”-Arutyunyan deyib. Onun iddiasına görə, 20 gündür Qarabağda qaz təchizatı tamamilə dayandırılıb.

Yanvarın 9-dan isə Ermənistandan elektrik enerjisinin verilməsi dayandırılıb. Terrorçunun separatçı qardaşı deyib ki, müzakirələr həm də yolla bağlıdır, “yəni müzakirə infrastruktur və digər humanitar sahələrlə bağlı məsələlərə aiddir”.

Vaxtsız banlayan xoruzun misalını xatırladan A.Arutyunyanın sözlərinə görə, onlar Azərbaycanın cavabını gözləyirlər.

Separatçı unudur ki, Bakı sözünü deyib, sonuncu dəfə Azərbaycan Prezidenti separatçılara dünən iki yol göstərdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR