İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda təxribatlar rus kontingentinin təkidi ilə həyata keçirilir - EKSPERT

607 28.06.2023 20:37 Siyasət A A

Bu gün Qarabağda təxribat törətməyə cəhd edən qeyri-qanuni erməni silahlı dəstələrinin 5 üzvü məhv edilib. Məlumata görə, Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətində mövqelərinə zərbələr endirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyanın paylaşımına münasibət bildirərkən qeyd edib ki, Ermənistan silahlı qüvvələri Cənubi Qafqaz regionunda sabitliyi pozan əsas amildir.

"Ermənistanın baş naziri növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Azərbaycan tərəfi sadəcə öz hərbçisinin yaralandığı hərbi təxribata cavab tədbiri görüb. Beynəlxalq hüquq normalarına və üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq, Ermənistan hərbçiləri Azərbaycan ərazisindən tam çıxarılmayıb. Azərbaycanın daxili işlərinə qarışmaq əvəzinə, Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməli, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə həm sözdə, həm də əməldə hörmət etməlidir”. - o yazıb.

Məlum məsələdir ki, erməni tərərfi sülh danışıqlarına mane olmaq üçün hər addımı atır.

Mövzu ilə əlaqədar Publika.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, sülh danışıqları ərəfəsində Ermənistanın təxribatlara əl atması təəccüb doğuran hal deyil:

“Biz artıq süh sazişi üzrə danışqlarda hansısa irəliləyişin əldə olunduğu vaxtda Ermənistanın təxribat törədəcəyinə vərdiş etmişik. Dəfələrlə Azərbaycan tərəfinin sülh sazişi üzrə danışıqlarda müsbət addımlar atmasına rəğmən erməni tərəfi danışıqlar prosesini pozulması üçün həm sərhəddə, həm də rusların müvəqqəti nəzarətində olan ərazilərdə müxtəlif təxribatlara əl atıb. Son aylar isə, xüsusilə də, Laçın sərhəd-keçid məntəqəsinin quraşdırılmasından sonra erməni silahlılarının təxribatı intensivləşib. Vaşinqtonda Ermənistanla Azərbaycan arasında başlanan danışıqlar prosesini pozmaq üçün erməni silahlıları bu dəfə də eyni ssenari üzrə təxribat törətdilər. Azərbaycan tərəfinə müxtəlif istiqamətlərdən atəşlər açdılar və bir nəfər hərbi qulluqçumuzu yaraladılar. Bu təxribat rusların müvəqqəti nəzarətində olan ərazidə baş versə də, rus kontingentinin komandanlığı hələlik bu məsələyə adekvat münasibət bildirməyib. Eynilə, Laçın sərhəd-keçid məntəqəsində yaralanan sərhədçimizlə bağlı da biz Rusiya tərəfindən məntiqli bir açıqlama görmədik. Bu təxribatlar Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlara kölgə salmaq, mümkün olduğu halda bu danışıqları uzun bir müddətə təxriə salmaqdan ibarət idi. Hər zaman olduğu kimi bu dəfə də əsgərimizin yaralanmasına görə Azərbaycan ordusunun cavabı ləngimədi.”

Ekspertin sözlərinə görə, erməni silahlılarının növbəti təxribatlara əl atması üçün müəyyən hərəkətlənmələr, yerdəyişmələr həyata keçirilir:

“Ordumuzun həyata keçirdiyi “Qəzəb” əməliyyatı nəticəsində ilkin məlumatlara görə, qanunsuz erməni hərbi birləşmələrinin 5 üzvü məhv edilib. Görünən odur ki, düşmən tərəfdən canlanma müşahidə olunur. Erməni silahlılarının növbəti təxribatlara əl atması üçün müəyyən hərəkətlənmələr, yerdəyişmələr həyata keçirilir. Azərbaycanın bu məsələdə mövqeyi tamamilə şəffafdır. Qarabağ ərazisində erməni silahlısı qalmayacaq. Əgər erməni silahlıları silahı təhvil verib ərazini tərk etməyəcəklərsə və təxribatlarına davam edəcklərsə, Azərbaycan tərəfinə, Azırbaycan ərazisindən Azərbaycan əsgərinə atəş açacaqlarsa o zaman bu kimi təxribatlar daha ciddi bir şəkildə cəzalandırıla bilər. Erməni təxribatlarına Azərbaycanın cavabı kifayət qədər sərt və adekvat olacaq. Bir nəfər də olsa Azərbaycan ərazisində erməni silahlısı qalmayacaq. Ya erməni silahını təhvil verib ərazimizi tərk edəcək, ya da o legitim hədəf kimi ordumuz tərəfindən məhv ediləcək.”

O qeyd edib ki, təxribatları erməni silahlılarının daha çox rus kontingentinin təkidi ilə həyata keçirməsi halı istisna deyil: “Bu fəaliyyətlərimizi daha əvvəl həyata keçirdiyimiz “Fərrux” əməliyyatı, “Sarıbaba”, “Qırx qız” əməliyyatları, “Buzduğ” əməliyyatı, 2054 yüksəkliyinin azad edilməsi, Laçının Sus və Zabux kəndlərinin düşməndən təmizlənməsi, Zabux və Cağavuz kəndləri arasındakı mövqelərə yerləşməyimiz, Laçın sərhəd-keçid məntəqəsinin qurulması zamanı reaksiyamızın necə olacağını düşmən tərəfə nümayiş etdirmişik. Bu təxribatları erməni silahlılarının daha çox rus kontingentinin təkidi ilə həyata keçirdiyi də şübhə doğurmur. Çünki Laçın sərhəd-keçid məntəqəsindəki atəşkəsin pozulması və orada əsgərimizin yaralanmasından sonra rus kontingent erməni silahlıları ilə kontaktlarını kifayət qədər intensivləşdirib. Onların Azərbaycana qarşı fəaliyyətlərə istiqamətləndirildiyi də istisna olunmur.”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR