İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda nə baş verir? - Vahid Əhmədov əsas DETALLARI açıqladı

3408 16.06.2023 12:40 Siyasət A A

Milli Məclisin iclasında çıxış edən deputat Vahid Əhmədov Ermənistanın 15 iyun təxribatından danışıb.

Musavat.com-un xəbərinə görə, Vahid Əhmədov bildirib ki, iyunun 16-da Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdən Azərbaycanın Şuşa rayonu istiqamətindəki bölmələrinə atəş açılıb.

“Qarabağda nə baş verir? Elə bil ki, 90-cı illər təkrar olunur” - deyən V.Əhmədov xatırladıb ki, o vaxtlar da atəşkəs elan olunurdu, ABŞ, Rusiya, Fransa yığışırdı, sülh sazişinin imzalanması istiqamətində danışıqlar aparılırdı, amma hər hansı nəticə əldə olunmurdu.

Vahid Əhmədov qeyd edib ki, nəhayət, Azərbaycan ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın böyük hissəsinin düşmən işğalından azad edilməsi missiyasını şərəflə yerinə yetirdi: “Bununla belə, indi də bəzi çevrələr vaxtaşırı yığışaraq Qarabağ ermənilərinin hüquqlarından bəhs edir”.

Deputat bildirib ki, Prezident çıxışında amnistiya məsələsinə toxundu və bu, Avropa, Amerika tərəfindən də normal qarşılandı.

“Burada İrandan başqa Rusiya da maraqlıdır ki, sülh sazişi imzalanmasın. Çünki sülh imzalanandan sonra rus hərbçilərin burda qalmasına ehtiyac olmayacaq. Rusiya məsələnin maksimum uzanmasına və hərbi kontingentinin bölgədə qalmasına çalışır” - deyə Vahid Əhmədov qeyd edib.

Deputat həll yolunun artıq ən yüksək səviyyədə göstərildiyini xatırladıb: “Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşündə çox yaxşı bir cümlə səsləndirdi. Bildirdi ki, “Bu sazişin imzalanmasının perspektivləri var, sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır!””

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR