İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda hücum hazırlanır - SENSASİON açıqlama - Kamran Həsənli və Sevinc Telmanqızı təhlil edir 

1035 28.11.2022 16:04 Gündəm A A

Noyabrın sonu Qarabağ müharibəsinin bitməsindən sonrakı iki il ərzində Cənubi Qafqazda ən narahatedici ay olub.

Qarabağ separatçıları rus sülhməramlıların müvəqqəti yerləşdirildiyi zonadan Azərbaycan Ordusunun mövqelərini hər gün atəşə tutur. Noyabrın 8-dən noyabrın 27-dək erməni yaraqlıları 15 dəfə atəşkəsi pozub. Qarabağ müharibəsində Ermənistanın təslim olması və erməni işğalçı qüvvələrinin Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılmasından sonra Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada ermənilər bir neçə dəfə Azərbaycanın mövqelərinə hücum etməyə cəhdlər edib, lakin bu təcavüz aktları az və sistemsiz olub. Ən böyük döyüş bu ilin avqustunda baş verib, ermənilərin təxribatının qarşısı “Qisas əməliyyatı” ilə alınıb.

Axar.az xəbər verir ki, bunu rusiyalı analitik Andrey Petrov deyib.

“Lakin indiyədək Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni silahlı birləşmələrinin hərbi təxribatlarında aydın təşkilatlanma olmayıb. Hətta sentyabrın 13-14-də Ermənistan-Azərbaycan sərhədində gedən şiddətli döyüşlər zamanı Qarabağda bir güllə belə açılmadı. İrəvan həmin günlərdə ikiistiqamətli siyasi kampaniyaya başladı: birincisi, Rusiya və KTMT-dən Azərbaycanla sərhəddəki vəziyyətə müdaxilə etməyi tələb etdi, ikincisi, Brüssel və Parisi Ermənistanda özünə faydalı vasitəçi kimi təmin etməyə çalışdı. Amma yenə də Qarabağdakı separatçılar sentyabr və oktyabr aylarında özlərini “sakit” apardılar. Bəs, noyabrda nə dəyişdi? İrəvanın xarici siyasət kampaniyasının “rus” və “fransız” istiqamətləri eyni vaxtda iflasa uğradı. İrəvanda keçirilən KTMT sammiti də göstərdi ki, Təşkilat ölkələri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə müdaxilə etmək niyyətində deyillər. Paşinyan isə müttəfiqlərin sərt imtinasından o qədər qəzəbləndi ki, sammitin əsas sənədini - KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina etdi. Ermənistan Rusiyadan və KTMT-dən istədiyini almadı, ona təklif olunanları rədd etdi.

Fransaya gəlincə, oktyabr ayında Makron Bakıya yönəli qalmaqallı ittihamlar səsləndirdi, Fransa Senatı Bakıya qarşı ümumavropa sanksiyalarının tətbiqini tələb edən ikinci antiazərbaycan qətnaməsini qəbul etdi. Parisin bu cür davranışı onun Ermənistan-Azərbaycan müharibəsindən sonrakı danışıqlar prosesində iştirakını qeyri-mümkün etdi. Ötən günlərdə Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Paşinyan ona dekabrın 7-də Makronun iştirakı şərti ilə Brüsseldə görüşməyi təklif edib və məhz bu, antiazərbaycan qüvvələrin danışıqlarda iştirak etməsi şərti bu görüşü mümkünsüz edib”, - o bildirib.

Bu və gündəmdəki bir çox mövzuları bu gün saat 16.00-da aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində izləyə bilərsiz. Verilişdə K.Həsənli aparıcı həmkarı Sevinc Telmanqızı ilə gündəmi müzakirə edəcək.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR