İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağda düzgün təhlil etməyi bacaran ermənilər ola bilər”

730 11.04.2023 12:57 Gündəm A A

“Azərbaycan dövləti Qarabağda yaşayan ermənilərlə danışıqlarda heç bir problem görmür, əksinə, problemləri danışıqlar yolu ilə həll etməyin tərəfdarıyıq”.

Musavat.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli bildirib.

metin memmedli.jpg1018f91895.jpg (166 KB) 

O qeyd edib ki, Azərbaycan tərəfi ermənilərlə danışıqların aparılması üçün rəsmi nümayəndə də təyin edib: “Martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Azərbaycan tərəfi növbəti danışıqlar üçün onları Bakıya dəvət etdi. Təəssüf ki, onlar növbəti dəfə qeyri-konstruktiv mövqe nümayiş etdirərək görüşdən imtina etdilər. Ermənistan mətbuatında yayılan son məlumatın nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Qarabağda yaşayan ermənilər bir qrup separatçının, cinayətkarın girovuna çevrilib. Hesab edirəm ki, onların arasında proseslərə rasional yanaşmağı, düzgün təhlil etməyi bacaran, Qarabağda separatizmin perspektivsizliyini anlayan ermənilər də ola bilər. Onlar Azərbaycanla danışıqlar yolu ilə müəyyən nəticəyə gəlmək xəttini seçə bilərlər. Azərbaycan hökuməti humanitar, eyni zamanda Qarabağda yaşayan ermənilərin hüquq və vəzifələri ilə bağlı öhdəliklər və s. məsələlər ilə əlaqədar danışıqlar aparmağın tərəfdarıdır. Bu bizim daxili işimizdir. Danışıqlar prosesi hər hansı formada 3-cü tərəfə, dövlətə, yaxud beynəlxalq təşkilata aid olan məsələ deyil”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR