İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağa qanunsuz gəlmiş Rusiya vətəndaşının meyiti tapıldı  

1532 14.05.2022 19:14 Region A A

Mayın 9-da Xankəndidə itkin düşmüş Rusiya vətəndaşı Olqa Sannikovanın meyiti tapılıb.

Musavat.com xəbər verir ki, bu barədə Qarabağdakı qondarma rejim açıqlama yayıb.

Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində bu gün saat 12.30-da Olqa Sannikovanın meyiti Qarqar çayında aşkar edilib.

Qeyd edək ki, Rusiya vətəndaşı qanunsuz olaraq Xankəndiyə gəlib. Ancaq onun gəlişinin məqsədi açıqlanmır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR