İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ Universitetində işləmək üçün ilk vakansiya elan edilib

869 28.02.2024 20:11 Ölkə A A

Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib.

Bu barədə Musavat.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə son müraciət tarixi martın 15-dir. Namizədlər ətraflı məlumatla bu link vasitəsilə tanış ola bilər.

Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR