İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ separatçısı Toivo Klaarı ittiham etdi-Sərsəm iddialar  

1182 06.03.2023 12:56 Siyasət A A

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın martın 5-də Qarabağda baş vermiş hadisəyə reaksiyası Qarabağdakı separatçıları qəzəbləndirib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, qondarma qurumun keçmiş “dövlət naziri” Artak Beqlaryan özünün Twitter mikrobloqunda Toivo Klaarın Bakı səfəri ərəfəsində baş vermiş hadisəyə reaksiyasından sonra “ona inamsızlığım və şübhələrim getdikcə daha da dərinləşir”-yazıb. Separatçı daha da uzağa gedərək avropalı diplomat haqqında sərsəm fikirlər yazıb: “O, ya həvəskar diplomatdır, ya azərbaycanlılar tərəfindən beyni yuyulub, ya korrupsionerdir, ya da Avropa dəyərləri, maraqları və insan haqları haqqında təhrif olunmuş təsəvvürlərə malikdir. Hər dörd variantda dəyişikliklərə ehtiyac var”.

Xatırladaq ki, bir müddət əvvəl Toivo Klaar Twitter-dəki mikrobloqunda yazmışdı: “Mən Bakıya qayıtdım. Münhendəki görüşlərdən sonra sülh prosesinin irəliləməsi üçün Azərbaycan rəhbərliyi ilə mənalı görüşləri səbirsizliklə gözləyirəm. Bugünkü ölümcül insident sabitliyə və ədalətli sülhə nail olmaq üçün danışıqların irəliləyişinin vacibliyini vurğulayır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR