İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ separatçılarının oyuncaq “spikeri” Arutyunyana ultimatum verdi

665 18.05.2023 17:43 Region A A

Qarabağdakı terrorçu qurumun oyuncaq “parlament”inin sədri Artur Tovmasyan iclas zamanı bəyanatla çıxış edib.

Musavat.com bildirir ki, Tovmasyan baş terrorçu Arayik Arutyunyana müraciət ünvanlayıb: “Bilirsiniz, keçən mitinqdə mən də demişdim ki, dəvət aldığım bütün mitinqlərdə iştirak etmişəm. Cənab prezident, mən heç vaxt sizin işinizə qarışmamışam, siz də heç vaxt Milli Məclisin işlərinə qarışmamısınız. Mən belə bir model təklif etdim: amorf orqan yox, 90-cı illərdə bizi xilas edən orqanı, yəni Dövlət Müdafiə Komitəsini yaratmağı təklif etdim. Mən ölkə prezidentinə təklif etdim ki, bu tərkibə iki nəfər daxil edilsin: Ruben Vardanyan və Samvel Babayan.

Onların fikrini bilmirəm, imtina edəcəkləri çox mümkündür. Niyə? Soruşmayın. Cənab prezident, əgər bu model işləmirsə, mən ilk dəfədir ki, kimisə incidə bilərəm”.

A.Tovmasyan ardınca Arutyunyana ultimatim verib. “Cənab prezident, ya istefa edin, ya da etimad səsi verin! Əgər xalq sənə inanmasa, gedəcəksən. Lakin bu, o demək deyil ki, siz istefa verəcəyiniz halda Artur Tovmasyan ölkə prezidenti səlahiyyətlərini icra edəcək. Əgər xalq sizə inanmasa, mən də gedəcəm”-Tovmasyan sərsəmləmələrinə davam edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR