İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” ölkədəki vəziyyətə görə həvəslə oynayacaq”- “Nant”ın baş məşqçisi

1404 14.09.2022 22:00 Mədəniyyət A A

Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Təhlükə hər zaman var. Yaxşı komanda olduğumuzu sübut etməliyik. Bunun üzərində işləyirik. Biz Liqa 1 ilə Avropa Liqası arasında fərq qoymuruq.

Heç vaxt azarkeşin matçı qazandığını görməmişəm. “Qarabağ”ın məşhur komanda olduğunu bilirik. Onlar ölkədəki vəziyyətə görə həvəslə oynayacaqlar. Biz də yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya saat 20:45-də start veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR