İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"la oyun öncəsi "Gent"də CİDDİ İTKİLƏR

829 22.02.2023 16:48 İdman A A

Belçikada baş tutacaq "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçına "Gent" itkilərlə çıxa bilər.

Offsideplus.az Belçika mətbuatına istinadən xəbər verir ki, daha iki futbolçunun matçı buraxacağı gözlənilir. Onlar müdafiəçi Cozef Okumu və yarımmüdafiəçi Endryü Hülsagerdir. Okumu Bakıdakı ilk görüşdə, Hülsager isə "Aud-Heverle Lövyen"lə çempionatın XXVI tur oyununda zədələnib.

Daha əvvəl Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmada zədələnən Alessio Kastro-Montesin də növbəti oyunda iştirakı sual altına düşüb.

Qeyd edək ki, "Qarabağ" - "Gent" matçı fevralın 23-də Bakı vaxtı ilə saat 00:00-da Belçikada oynanılacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR