İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın yeni transferi "Gent"lə oyunda iştirak edə bilməyəcək - SƏBƏB

921 31.01.2023 14:49 İdman A A

Misli Premyer Liqasının 20-ci turunda "Qarabağ" bu gün "Şamaxı" qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, "CBC Sport" kanalına danışan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov yeni qapıçı transfer etmək üçün çalışdıqlarını deyib:

"Əlavə bir futbolçu ilə danışıqlar gedir. Üç transfer etmişik. Transfer alınarsa, bir futbolçu transfer etmək istəyirik. Alınmasa, aktiv qapıçılarla danışıqlar gedir. Əfsuslar olsun ki, hələ istədiyimiz kimi bir irəliləyiş yoxdur. Amma son günə - fevralın 2-nə kimi danışıqlarımız davam edəcək".

Q.Qurbanov rusiyalı qapıçı Andrey Lunyovunun "Qarabağ"a keçidinin alınmamasına da aydınlıq gətirib:

“Lunyov məsələsinin üzərinə çox ciddi düşmüşdük. Sonda bəzi danışıqlar, məlumatlar çıxdı və danışığı dayandırdıq. Siyahı həddindən artıq genişdir, hər yönə əl atmışıq. Yenə də qarşıdakı günlərdə nə olacağını görəcəyik".

50 yaşlı mütəxəssis "Gent"lə Konfrans Liqası matçına yeni transferlər Redon Cica və Adama Diakabinin hazır olacağını, Yassin Bezianın isə iştirakının sual altında olduğunu bildirib:

"Gent"lə oyuna kimi minimum iki oyunçu istədiyimiz kimi haazır olacaq. Benzia bizə gec qoşulduğu üçün hazırlığı digərlərindən aşağıdır".

Qeyd edək ki, "Qarabağ" - "Şamaxı" matçı saat 16:00-da başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR