İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın sabiq futbolçusu vəfat edib

588 03.08.2022 16:25 Hadisə A A

"Qarabağ"ın və Bakının "İnter" (indiki "Şamaxı") klubunun sabiq futbolçusu Andrey Rubin dünyasını dəyişib.

 Musavat.com "Report"a istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi 43 yaşında qəflətən dünyasını dəyişib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Latviya millisinin aparıcı futbolçularından olmuş Andrey Rubin 2008 - 2010-cu illərdə "İnter"də, 2010 - 2011-ci illərdə "Qarabağ"da çıxış edib. O, AVRO-2000-də iştirak edən Latviya millisinin heyətində yer alıb. Rubin son olaraq ölkəsində "Oqre" klubunda köməkçi məşqçi işləyirdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR