İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın rəqibi Bakıya Kamili gətirir 

972 17.01.2023 17:55 İdman A A

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Belçikanın “Gent” klubu yeni oyunçu ilə güclənib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "camışlar" Polşa millisinin futbolçusu Kamil Pyatkovskinin keçidini həll edib.

23 yaşlı müdafiəçi Avstriya təmsilçisi “Zalsburq”dan icarəyə götürülüb. Polşa millisinin üzvü olan mərkəz müdafiəçisi mövsümün sonuna qədər icarə əsasında “Gent”in formasını geyinəcək. Belçika klubunun yeni “4 nömrəsi”nin “Zalsburq”la müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.

“Qarabağ” “Gent”lə fevralın 16-da və 23-də qarşılaşacaqlar. İlk oyun Bakıda, cavab matçı isə səfərdə baş tutacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR