İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”ın qapıçısı Avropada mövsümün ən yaxşısı oldu

751 25.02.2024 21:34 İdman A A

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov cari avrokubok mövsümündə seyvlərinin sayına görə köhnə qitənin qapıçıları arasında ən yaxşısı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Opta Sports” teleqram kanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, Lunyov Avropa Liqası və Konfrans Liqasının 8 oyununda komandasını 36 dəfə xilas edib.

O, bu avrokubok mövsümündə qapısına vurulan 47 zərbədən 72%-ni qaytarıb. Eyni zamanda qapıçı avtoqollar istisna olmaqla, 12 qol buraxıb.

Xatırladaq ki, Lunyovun “Qarabağ”la müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR