İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” güclü “Bayer”lə bərabərə qaldı - VİDEO - YENİLƏNİB

4878 07.03.2024 23:43 İdman A A

İlk yayın vaxtı 21:45

"Qarabağ" və Almaniyanın "Bayer 04" klubları arasında keçirilən matçda dördüncü qol vurulub. 

Musavat.com xəbər verir ki, "Bayer 04" hesabı bərabərləşdirib. 

Matç 2:2 hesabı ilə başa çatıb. "Qarabağ" 2-2"B.Leverkuzen”

***

"Qarabağ" və Almaniyanın "Bayer 04" klubları arasında keçirilən matçda üçüncü qol vurulub. 

Musavat.com xəbər verir ki, "Bayer 04" hesab arasındakı fərqi azaldıb. “Bayer”in hücumçusu Florian Virts fərqlənib. 2:1

***

"Qarabağ" və Almaniyanın "Bayer 04" klubları arasında keçirilən matçda ikinci qol vurulub. 

Musavat.com xəbər verir ki, "Qarabağ" hesab arasındakı fərqi artırıb. Matçın 45-ci dəqiqəsində Juninyo hesabı 2:0-a çatdırıb. 

***

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" klubları arasında keçirilən matçda hesab açılıb. 

26-cı dəqiqədə Juninyonun ötürməsini Benziya dəqiq zərbə ilə qola çevirib. “Qarabağ” 1:0 önə keçib.

İlk qolun videosu 

İkinci qolun videosu

“Bayer”in qolu

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" klubları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu başlayıb.

Musavat.com-un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də start götürüb.

Görüşün baş hakimi fransalı Benua Bastyendir.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR