İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" - "Ferentsvaroş" oyunu başlayıb - YENİLƏNİR

903 03.08.2022 20:01 İdman A A

"Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandaları arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu start götürüb.

Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlaylb.

Matçı Andreas Ekberqin başçılıq etdiyi isveçli hakimlər briqadası idarə edir.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.

18:43

Bakıda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Macarıstan "Ferentsvaroş"unun start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

"Ferentsvaroş": 90. Deneş Dibus, 3. Sami Mmae, 4. Mats Knuster, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 16. Kristofer Zakariasen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 70. Frank Boli, 93. Aissa Laiduni

Baş məşqçi: Stanislav Çerçesov

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq.

08:52

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, “köhlən atlar” III təsnifat mərhələsinin ilk matçında Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi isveçli Andreas Ekberq olacaq.

Ağdam təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Kevin Medina zədəli, Kadi Borges və Riçard Almeyda isə cəzalı olduqları üçün Macarıstan çempionuna qarşı ilk matçı buraxacaqlar. Qonaqlardan isə Henri Vinqo zədə səbəbindən meydana çıxa bilməyəcək.

Komandalar arasında cavab oyunu avqustun 9-da Budapeştdə keçiriləcək.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun
3 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Ferentsvaroş” (Macarıstan)
Hakimlər:
 Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (hamısı İsveç)

VAR hakimləri: Yohem Kamfus, Rob Diperink (hər ikisi Niderland)
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtı Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. “Qarabağ” – “Ferentsvaroş” cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR