İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ erməniləri süni şəkildə “cavanlaşdırılır” – Sülh danışıqlarını pozmağa hesablanmış yeni təxribat planı

1185 17.06.2023 15:32 Siyasət A A

 Qarabağdakı erməni separatçıları yerli əhalinin yaşını cavanlaşdırır. Bunun üçün isə yaşı 50-dən yuxarı kişiləri Laçın keçid-buraxılış məntəqəsindən Ermənistana göndərir, eyni sayda 25-30 yaşlı cavan erməniləri Qarabağa gətirirlər. 

Ovqat.com-un mənbəsi bunun səbəbini erməni separatçılarının yaxın günlərdə təxribata başlayacaqları ilə izah edir. 

Bildirildiyinə görə, sözügedən gənc ermənilər hərbi təlim görmüş adamlardırlar və onlar Qarabağda yaşadıqlarına dair sənədlərlə təmin olunublar. Odur ki, Laçın postunu rahatlıqla keçə bilirlər.

 

İddiaya görə, separatçıların hazırladıqları təxribat yalnız Azərbaycana qarşı yönəlməyib. Əsas hədəflərdən biri də Paşinyan hökuməti və Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarıdır. ABŞ-ın vasitəçiliyi ilə yaxın günlərdə keçirilməsi gözlənilən görüş ərəfəsində bu təxribatın törədilməsi Azərbaycanı istər-istəməz anti-terror əməliyyatına başlamağa vadar edə, bununla da  sülh danışıqları qeyri-müəyyən vaxta təxirə salına bilər.

Bizim sərhədçilərimiz separatçıların bu təxribat hazırlığından şübhələnsələr də, onların qarşısını ala bilmirlər. Çünki separatçıların “Azərbaycan tərəfi Laçın yolunu bağlayıb humanitar fəlakətə yol açır, erməniləri blokadaya alırlar” arqumentinə yeni “dəlillər” qazandırmaq istəmirlər.

Qarabağda əhalinin süni yolla cavanlaşdırılması prosesi xüsusilə ABŞ-ın Xankəndinə “ya Bakı ilə müzakirə masasına otur, ya da antiterror əməliyyatını gözə al” xəbərdarlığından sonra intensiv hal alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR