İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" 7 qollu oyunda qalib gəldi

907 16.07.2024 22:23 İdman A A

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirib.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda əvvəlcə Xorvatiya yüksək liqa təmsilçisi “Slaven"lə qarşılaşıb. Bu matç "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yegnə qolu isə Musa Qurbanlı vurub.

Ağdam klubu Tirol bölgəsindəki hazırlığı Səudiyyə Ərəbistanı Liqası təmsilçisi “Əl-Şabab”a qarşı matçla yekunlaşdırıb. Oyun "Qarabağ"ın 5:2 hesablı qələbəsi ilə başa çatıb. Abdullah Zubir matçda heçt-trik edib. "Qarabağ"ın digər qollarını isə Yassin Benzia və Leandro Andrade vurub.

Qeyd edək ki, "Qarabağ" toplanış çərçivəsində Almaniyanın “Kayzerslautern”una (1:3) uduzub və Çexiya “Viktoriya”sına (2:1) qalib gəlib.//QOL.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR