İnsanlara hürriyət, millətlərə istiqlal!

Qara dənizlə ixrac bərpa olunmasa Ukraynada taxıl əkinləri 30 faiz azalacaq

383 31.08.2023 12:23 İqtisadiyyat A A

Qara dənizlə ixrac bərpa olunmazsa, yeni mövsüm üçün Ukrayna fermerləri taxıl əkini sahələrini 30 faizədək azaldacaqlar. Bu barədə Ukrayna Aqrar Şurasının rəsmisi Denis Marçuk məlumat verib. Onun sözlərinə görə, sürətli ixrac təmin edilməsə, anbarları dolu qalan fermerlər payızlıq taxıl əkinlərini 30 faizədək azaldacaqlar.

Musavat.com xəbər verir ki, Marçuk bildirib ki, artıq xüsusi razılaşma olmadan Ukrayna limanlarında qalan 9 yük gəmisindən 2-si Bosfor boğazından keçib: “Təhlükəsizlik baxımından maksimum tədbirlər görülüb, dəhlizi gəmilər və onların heyəti üçün təhlükəsiz hesab etmək olar. Buna görə də Ukrayna nəinki qalan gəmiləri yola salmaq, yeniləri qəbul edib məhsulla yükləməyə də hazırdır”.

Ukrayna rəsmisi onu da bildirib ki, Avropa və dünya sığorta şirkətləri ilə gəmilərin sığortalanması şərtləri ilə bağlı razılaşma əldə olunarsa, Ukraynanın Qara dəniz limanları ayda 25-35 gəmini yükləyib yola salmaq imkanındadır. Marçukun dediyinə görə, artıq Ukrayna büdcəsində bunun üçün 20 milyard qrivna – 541,3 milyon dollar vəsait ayrılıb.

Qeyd edək ki, Ukraynanın bu mövsümdə taxıl ixracı potensialı 48 milyon ton həcmində qiymətləndirilir.
Hazırda Avropa və ABŞ Rumıniya və Moldovaya Ukrayna məhsullarının ixracını artırmaq üçün hərtərəfli dəstək göstərirlər. Rumıniya yaxın 2 ay ərzində öz ərazisindən ayda 4 milyon ton Ukrayna taxılının ixracına imkan verən infrastruktur formalaşdıracağını açıqlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR