İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaluzin Ermənistanı aşağıladı: "Alət kimi..."

988 18.06.2024 12:13 Region A A

Qərb Ermənistana Rusiyaya qarşı hibrid müharibə aləti kimi baxır.

Musavat.com xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyi (RF XİN) rəhbərinin müavini Mixail Qaluzin söyləyib.

“Məqsəd bəllidir – erməni “baza"sından regionda növbəti gərginlik mənbəyi yaratmaq üçün istifadə etmək. Qərb paytaxtları respublikanın sosial-iqtisadi vəziyyətinə və təhlükəsizliyinə sakitcə “stavka” qoymağa hazırdırlar. ABŞ, Avropa İttifaqı və NATO nümayəndələri İrəvanı Moskva ilə bütün əlaqələri kəsməyə çağırır və onları bizim ümumi inteqrasiya birliklərimizdən çıxarmağa çalışırlar”, - o, “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib.

Qaluzinin sözlərinə görə, Rusiyanın başqa dövlətlərin daxili işlərinə qarışmaq “vərdişi” yoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR