İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaluzin: Avropanın Ermənistandakı missiyası yarı-hərbi əməliyyatdır

457 15.05.2024 11:55 Siyasət A A

Xəbər verildiyi kimi Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin news.ru saytına maraqlı açıqlamalar verib.

Musavat.com həmin müsahibədə digər maralqı məqamları diqqətə çatdırır.

Biz mayın 10-da və 11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların keçirilməsini alqışlayırıq. Hesab edirik ki, Cənubi Qafqazda etibarlı və uzunmüddətli sülh və sabitliyin əldə edilməsi istiqamətində daha bir addım atılıb.
Qarabağdakı Rusiya sülhməramlıları unudulmaması lazım olan əsas işi etdilər - onlar münaqişə bölgəsinə sülh və sabitlik gətirdilər.

Aİ-nin Ermənistandakı müşahidə missiyası artıq şübhəli məqsədlər daşıyır və yarıhərbi əməliyyata çevrilib. 

"Missiya açıq-aşkar təxribat xarakterli fəaliyyət göstərir, tam şəkildə anti-Rusiya təbliğatı ilə məşğul olur, Ermənistan cəmiyyətində Avropa İttifaqının Ermənistanın təhlükəsizlik və rifah mənbəyi kimi olması barədə yanlış fikirlər aşılayır. Üstəlik, Aİ üzvlərinin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan və anti-İran xarakter alır”, - deyə Qaluzin bildirib.

Rusiya hər hansı konkret marşrutun yaradılmasının deyil, əksinə, Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə açılmasının tərəfdarıdır.

“Moskva nəinki Cənubi Qafqazın nəqliyyat-kommunikasiya sistemini blokdan çıxarmaq, həm də regionda davamlı sülh və rifahın bərqərar olması üçün qrupun tamhüquqlu işini mümkün qədər tez bərpa etməyi zəruri hesab edir”,-deyə Rusiya rəsmisi söyləyib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR