İnsanlara hürriyət, millətlərə istiqlal!

Qafqazın sakitləşdirilməsi uydurma imiş - SENSASİON AÇIQLAMA

1330 24.06.2024 15:38 Dünya A A

“Dağıstanda baş verən terror aktları Rusiyanın uzun müddətdir öyündüyü “sabitlik” mifini təkzib edir”.

Musavat.com xəbər verir ki, bu barədə rusiyalı politoloq Abbas Qallyamov yazıb.

“Uzun illər “Qafqazın sakitləşdirilməsi” Putinin xeyrinə işləyən ən mühüm arqument sayılırdı. Buna görə demokratiya və azadlıq məsələlərinə fikir verən yox idi. Dərbənd və Mahaçqalada baş verənlər onu göstərir ki, “sakitləşdirmə” adı altında Kremlin dediyi hər şey uydurma olub. Eynilə “Üç günə Kiyevin alınması” və ya “sanksiyalar bizim xeyrimizədir” əfsanələri kimi. Ümumiyyətlə, məlum olur ki, ölkədə bu qədər uzun müddətdir dua edilən “sabitlik” mövcud deyil.

Populyarlığını itirən hakimiyyətə artıq hər şey sözün həqiqi mənasında etibar edilmir və əvvəllər onun xeyrinə deyilənlər indi əleyhinə yozulmağa başlayır. Kreml son hadisə ilə bağlı Ukrayna və ya Amerika izi haqqında nə qədər qışqırsa da, hər şey onun əleyhinə dönür”, - deyə Qallyamov qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR