İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qafqaz qaraçıları”nın himni Türkiyədə fitə basılmayacaq – Haylara “müjdə”

1392 28.03.2023 18:49 Yazarlar A A

Ermənilərin Türkə aşırı nifrəti və az qala irsi xarakter almış düşmənçiliyi özünü hər yerdə göstərir. Siyasət və diplomatiya meydanlarında, beynəlxalq tədbirlərdə, idmanda, ictimai məkanlarda, hər yerdə və hər fürsətdə.

Bu iyrənc xislətin daha bir təzahürünü martın 25-də qədim Türk şəhəri İrəvanda keçirilən və qardaş ölkənin qələbəsi ilə bitən Ermənistan-Türkiyə futbol matçında gördük. Stadiondakı “azarkeş” adlandırılan ikiayaqlı məxluqlar Türkiyənin himnini o dərəcədə fitə basdılar ki, himn eşidilməz oldu. Həmçinin NEMEZİS kimi terrorçu şüarlar qaldırdılar.

(NEMEZİS 20-ci əsrin əvvəllərində onlarla Türkiyə və Azərbaycan dövlət xadiminin öldürüldüyü terror aktları əməliyyatlarının ümumi adıdır. “Daşnaksütyun” partiyası tərəfindən hazırlanıb və Türkiyədə, Tiflisdə, Avropanın müxtəlif şəhərlərində daşnak silahlıları tərəfindən həyata keçirilib. Qurbanlar arasında Osmanlı İmperiyasının daxili işlər naziri Tələt Paşa və AXC-nin baş naziri Fətəli Xan Xoyski də var).

Adama deyərlər (amma ADAMA! - Z.S.) qonaq çağırmağın nədir, qonağa pis baxmağın, onu aşağılamağın nə? Bunu da yenə yalnız erməni edə bilərdi və etdi!

Hərgah, belə baxanda köçmən ermənilər İrəvanda “ev sahibi” sayılmazlar. Əsl qonaq elə özləridir. Çünki tarixi Türk torpaqlarını yağmalayıb oturublar üstündə. Sonra da gəmidə gəmiçi ilə dava edirlər sırtıqcasına...

Qayıdaq futbola.

Gələn xəbərlərə görə, türkiyəli azarkeşlər hayların rəzil hərəkətinə nə qədər qəzəblənsələr də, cavab matçında “Qafqaz qaraçıları”nın – Ermənistanın himnini fitə basmayacaqlarına söz veriblər.

İndi o erməninin xəbisliyi, nakişiliyi, şərəfsizliyi, bu da Türkün mərdliyi, ürəyi genişliyi, kişiyanalığı! Mədəniyyət, insaniyyət, səmimiyyət, mərifət, əxlaq budur. Hansı ki, ömrü boyu ermənidə qıt olub. Amma öz adlarını başqalarına qoymağı sevən, musiqimizi, mətbəximizi, adlarımızı, torpaqlarımızı, tarixi-dini abidələrimizi belə oğurlayıb öz adına çıxan bu riyakar və mənfur tayfa ağzını açanda hamıdan çox əxlaqdan, mədəni davranışdan dəm vurur, utanmazcasına “qədimlik”, “müdriklik” dərsi keçməyə çalışır başqalarına.

Tarix boyu bu murdar əməllərə imza atıb, müəlliflik ediblər. Ona görə Türk qabağa gedib, dövlətlər qurub, tarix, mədəniyyət yaradıb, soysuz-köksüz erməni isə hələ də onun-bunun qoltuğundadır, onun-bunun süfrəsinin qırıntıları yeyərək, öz vassal və nökər həyatını yaşayır, düz-əməlli vətənləri belə yoxdur...

Ermənilər vaxtaşırı Türkiyə bayrağını da yandırırlar. Xüsusən də aprelin 24-də - saxta soyqırımı ağlaşma günündə. Eyni murdar əməlləri 44 günlük müharibə zamanı törətmişdilər İrəvanda. Amma Türkiyədə bircə dəfə də Ermənistan bayrağına od vurulmayıb. Ona görə yox ki, bu əski parçasına sayğı var. Ona görə ki, Türk düşmənini belə, təhqir etməyi özünə rəva bilməz. Bunu əskiklik sayar. Sözünü düşmənə meydanda, mərd-mərdanə deyər. Yıxılanın əlindən tutar, ona balta vurmaz. Türk soyunun böyüklüyü də budur.

Burda əslində qeyri adi bir şey də yox. Normalda insan, millət, cəmiyyət elə belə olmalıdır. Yəni erməni olmamalıdır, ermənilik etməməlidir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR