İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın sevgilisini evə görüşə çağırdı, oğlu ikisini də bıçaqladı -Hövsanda ŞOK

1343 22.08.2023 11:56 Kriminal A A

Bakının Suraxanı rayonunda ailə-məişət zəminində münaqişə zamanı iki nəfər bıçaqlanıb.

Musavat.com APA-ya istinadla xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

Belə ki, Qum adası ərazisində 1982-ci il təvəllüdlü Aynurə Zəkəriyyə qızı Kazımova yaşadığı evdə 1989-cu il təvəllüdlü Ramil Rauf oğlu Hüseynov ilə görüş təşkil edib.

Həmin vaxt evə gələn A.Kazımovanın oğlu əvvəlcə R.Hüseynovun döş qəfəsinə bıçaq zərbəsi vurub. Daha sonra anasının sağrı nahiyəsinə bıçaq xəsarəti yetirib.Hadisəni törədən şəxs “103” zəng mərkəzinə məlumat verdikdən sonra polis bölməsinə gedib, könüllü təslim olub.
Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

R.Hüseynovun vəziyyəti ağır kimi qiymətləndirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR