İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaçqın axınına görə Polşada cinayətlər artıb

396 25.01.2024 12:56 Dünya A A

Ukraynalı, gürcü və belaruslu qaçqınların axını səbəbindən Polşada cinayət halları artıb.

Musavat.com xəbər verir ki, bu barədə Polşa nəşri Rzeczpospolita polis komendantlığının hesabatına istinadən məlumat yayıb.

2022-ci illə müqayisədə əcnəbilər tərəfindən törədilən cinayətlərin sayı 2,4 min vahid artaraq təxminən 17 min təşkil edib. 2013-cü ildə bu rəqəm 3,5 min olub. Qeyd olunur ki, asayiş qaydalarını əsasən ukraynalılar, gürcülər və belaruslar pozur və hər üçüncü pozuntu spirtli içkilərdən sui-istifadə və sərxoş vəziyyətdə avtomobil idarə etmə ilə bağlıdır.

Polşa polisi qanunu pozanlara qarşı sərt tədbirlər görülməsi barədə xəbərdarlıq edir. “Bəzi əcnəbilər Polşada yaşayış yerinin olmamasına görə özlərini cəzasızlıq mühitində hiss edirlər. Yol kənarında müntəzəm yoxlamalar kifayət etmir. Onlara başa salmaq lazımdır ki, Polşada spirtli içki qəbul etdikdən sonra avtomobil idarə etmək ciddi şəkildə cəzalandırılır və heç kim buna göz yummayacaq”, - müstəntiq VoyçekPyaseçnı bildirib.

Bundan əlavə, Polşada əcnəbilər tərəfindən törədilən oğurluqların, habelə narkotiklərlə bağlı halların sayında da 3 dəfə artım qeydə alınıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR