İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin “xaç atası” kimə qarşı ifadə verdi? – Yalçın Qəhrəmanoğlu ilə “Canlı debat”

632 23.05.2022 13:30 Gündəm A A

Ukrayna Ali Radanın bir müddət əvvəl saxlanılan müxalifətçi deputatı Viktor Medvedçuk (“Putinin xaç atası”) ifadəsində iddia edib ki, “Samara-Qərb istiqaməti” magistral neft kəmərinin qanunsuz özəlləşdirilməsinin təşəbbüskarı ölkənin keçmiş prezidenti Pyotr Poroşenko olub. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilib.

Dövlətə xəyanətdə və terrora yardımda şübhəli bilinən Viktor Medvedçuk deyib ki, Pyotr Poroşenko ona həm Rusiya Federasiyasının rəhbərliyi ilə əlaqə saxlamaq xahişi ilə müraciət edib, həm də bütün Ukrayna instansiyalarında lazımi qərarların qəbul edilməsini təmin edib.

“Bu kəmərin şəxsi mülkiyyətə, əslində isə Poroşenkonun özünün mülkiyyətinə çevrilməsi üçün bir sıra hərəkətlər etmək lazım idi... Məhkəmələr, prokurorluqlar, Antiinhisar Komitəsi, Dövlət Əmlak Fondu – onların hamısı təbii ki, prezident Poroşenkonun şəxsi maraqları üçün lazım olan qərarlar verdi”, - Medvedçuk bildirib.

Saxlanılan deputat əmin edir ki, boru kəməri ilə bağlı məsələlərlə eks-prezident Poroşenkonun xahişi ilə məşğul olub. İstismar ili ərzində boru kəməri öz sahiblərinə onun alınmasına qoyulan sərmayədən iki dəfə çox – 42 milyon dollara qədər pul qazandırıb. 2019-cu ilin may ayından, yəni Poroşenkonun səlahiyyətlərinə xitam verildikdən sonra magistral kəmərə dizelin vurulması dayandırılıb.

Medvedçuk həmçinin 2014-2015-ci illərdə Ukraynanın energetika sektorunun ehtiyacları üçün müvəqqəti işğal olunmuş Donetsk və Luqansk ərazilərindəki separatçıların rəhbərlərindən kömür alınması mexanizminin yaradılmasından da danışıb.

“Əslində, prezidentdən tutmuş nazirlərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və bu sxemi bilavasitə həyata keçirənlərə qədər dövlət aparatının bütün yuxarı təbəqəsi bu işə qarışıb".

Medvedçuk dindirmə zamanı Ukraynanın maraqlarına zərər vurmaqda iştirak edən məmurların konkret adlarını çəkib – bura keçmiş məmurlar, Milli Bankın sabiq rəhbərliyi, xalq deputatları və hüquq-mühafizə orqanlarının nümayəndələri daxildir.

Pyotr Poroşenkonun vəkili İqor Qolovan artıq Medvedçukun ifadəsinə cavab verib. O, saxlanılan şəxsin dediklərinin reallığa uyğun olmadığını bildirib.

Qolovan əlavə edib ki, Medvedçukun ifadəsinin dərci beşinci prezidentin əmlakına həbs qoyulması ilə bağlı bu gün keçiriləcək məhkəmə iclası ilə bağlıdır. Vəkil bunu “məhkəməyə təzyiq” adlandırıb.

Bu və gündəmdəki bir çox mövzuları bu gün Ukraynada yaşayan soydaşımız Yalçın Qəhrəmanoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR