İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin “nüvə xəbərdarlığı”na Çindən reaksiya

920 14.03.2024 11:45 Dünya A A

Nüvə silahına malik olan ölkələr qlobal strateji tarazlığı və sabitliyi qorumalıdır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin Rusiya prezidenti Vladimir Putinin ölkənin nüvə müharibəsinə texniki hazırlığı ilə bağlı sözlərini şərh edərkən deyib.

Bildirilir ki, Qərb mediası Rusiya prezidentinin sözlərində “nüvə xəbərdarlığı” mesajını görüb. Aparıcı xarici KİV-lərin saytlarının əsas səhifələrində və qəzetlərin manşetlərində müvafiq yazılar dərc olunub.

Van Venbin vurğulayıb ki, nüvə gücləri gərginliyin azaldılmasına kömək etmək üçün real tədbirlər görməlidir.

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, 2022-ci ilin yanvarında Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniya nüvə müharibəsinin qarşısının alınması ilə bağlı birgə bəyanat yayıblar. Sonra bütün tərəflər razılaşıblar ki, belə bir münaqişədə qalib ola bilməz.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR