İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin bütün nazirləri İSTEFAYA GETDİ– inauqurasiya ilə bağlı SENSASİYA – təkcə bir prezident - CANLI

1118 07.05.2024 11:42 Ölkə A A

Vladmir Putin martın 15-17-də keçirilən prezident seçkisində bütün rəqiblərini əhəmiyyətli dərəcədə üstələyərək 87,28% səslə qalib gəldi. 2030-cu ilə qədər dövlət başçısı vəzifəsini Putin icra edəcək. Rusiyanın seçilmiş prezidentinin andiçmə mərasimi isə bir ay sonra-mayın 7-də baş tutacaq. 2000-ci ilə qədər inauqurasiya Kremlin Qurultaylar Sarayında, sonrakı illərdə isə Böyük Kreml Sarayının Andyevskaya zalında keçirilir.

Prezidentin Protokol Xidməti andiçmə mərasiminə kimlərin dəvət ediləcəyini müəyyən edilir. Mərasimdə hökumət üzvləri, parlamentin hər iki palatasının üzvləri, Prezident Administrasiyasının rəhbərləri, Konstitusiya Məhkəməsinin hakimləri, Mərkəzi Seçki Komissiyasının üzvləri, diplomatik korpus nümayəndələri dəvət olunurlar.

Rusiya Konstitusiyasının 116-cı maddəsinə əsasən, elə həmin gün Rusiya hökuməti öz səlahiyyətlərini ölkənin yeni seçilmiş prezidentinə dövr edərək istefaya gedəcək. Eyni zamanda, Nazirlər Kabinetinin üzvləri yeni hökumət formalaşana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

Növbəti gün, mayın 8-də Dövlət Duması yeni baş nazirin namizədliyinə baxacaq. Dövlət Duması onun namizədliyini təsdiq etdikdən sonra yeni Nazirlər Kabineti formalaşacaq.

Mayın 7-də Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi keçiriləcək. İnauqurasiya mərasiminin sadə, xarici ölkələrdən bir prezident istisna olmaqla, heç bir dövlət və hökumət başçısının iştirakı olmadan keçiriləcəyi bildirilir.

Dünən isə Rusiya prezidenti Vladimir Putinin inauqurasiya mərasiminə yenilənmiş “Aurus” avtomobili ilə gələcəyi barədə xəbər yayılıb. Globalinfo.az-nın xəbərinə görə, dövlət başçısının yeni avtomobili ilk dəfə “Rossiya-1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" proqramının efirində nümayiş etdirilib. Onun yaradıcılarının sözlərinə görə, avtomobilin ön hissəsi - optika, radiator barmaqlığı, qabaq bamper, kapot dəyişdirilib. Qanadlar da dəyişib. Ümumiyyətlə, avtomobil öz sələfi ilə müqayisədə daha müasir olub. “Aurus”un dizaynı tamamilə yerli mütəxəssislər tərəfindən hazırlanıb.

Andiçmə mərasimində Belarus prezidenti Aleksandr Lukaşenko istisna olmaqla, başqa heç bir ölkənin dövlət və ya hökumət başçısının iştirak etməyəcəyi də yayılan xəbərlər sırasındadır. Məlumata görə, bu, Kremlin istəyi ilə bağlıdır.

Rusiyalı politoloq Sergey Markov bildirib ki, qaydaya görə, Rusiyada andiçmə mərasiminə heç kim dəvət olunmur. Andiçmə mərasimi liderlə xalq arasında olan ünsiyyətidir. Digər ölkələrin nümayəndələri isə bu mərasimdə çox məhdud formatda iştirak edir: “Məncə, Lukaşenko andiçmə mərasimində iştirak edəcək. Çünki Belarus nəinki dost, müttəfiq ölkədir o, həm də İttifaq dövlətində yer alır. Lukaşenko özü də Qərbin sərt sanksiyaları altındadır. Bir sözlə, Putinlə Lukaşenko arasında qardaşlıq əlaqələri var və onlar bir səngərdədir. Ola bilsin ki, başqa heç kim iştirak etməsin”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə ediləcək. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR