İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən “Vaqner”ə ŞOK DƏSTƏK

1603 18.03.2023 15:33 Son xəbər A A

Rusiya prezidenti Vladimir Putin müharibə iştirakçılarını, o cümlədən könüllüləri gözdən salanları cinayət məsuliyyətinə cəlb etməyi nəzərdə tutan qanunu imzalayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinə müvafiq düzəlişlər 4 gün əvvəl Dövlət Duması tərəfindən qəbul edilmişdi.

Qanun Cinayət Məcəlləsinin iki maddəsinə dəyişiklik edir. Onların hər ikisi “Rusiya ordusunu gözdən salan yalan məlumatların yayılmasını” nəzərdə tutur. Yeni düzəlişə əsasən, həmin maddəyə görə cəza 3 ildən 5 ilə qədər artırılıb. Bundan başqa, “müharibə iştirakçıları və könüllülər haqqında ağır nəticələrə səbəb olan saxta məlumatlara” görə mühakimə olunanları 15 ilə qədər həbs gözləyir.

“Ordunu nüfuzdan salmağa görə əməllər sağlamlığa zərər vurduqda və kütləvi iğtişaşlara səbəb olduqda” cəza beş ildən yeddi ilədək artırılır.

Qeyd edək ki, Ukraynadakı savaşda vəhşilikləri ilə ad çıxarmış “Vaqner” qruplaşmasının muzdlularının orduya bərabər tutulması təşəbbüsü birbaşa onun qurucusu Yevgeni Priqojindən gəlib. Lakin qanun layihəsinin müəllifləri arasında Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin və onun müavini İrina Yarovanın adlarının olması diqqəti cəlb edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR