İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən şok fərman: ukraynalılara pasport paylayır! Arzuxan Əlizadə və Çingiz Qənizadə CANLIda

841 25.05.2022 15:48 Gündəm A A

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin sakinlərinə Rusiya Federasiyası vətəndaşlığının verilməsinin sadələşdirilmiş proseduru haqqında fərman imzalayıb.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, ABŞ MLRS raket sistemlərini tez bir zamanda Ukraynaya çatdırmalıdır:
“Mən burada 10-dan çox ikitərəfli görüşlər keçirmişəm və görüşlərdə soruşuram ki, əgər sizin MLRS sisteminiz varsa, bizi bu silahla təmin edə bilərsinizmi? Onların ilk soruşduğu bu olur:

“ABŞ sizə hələ MLRS göndərməyib?" Lider olmaq belədir, hər kəs sizi gözləyir. Əgər biz bu silahları almasaq, Donbasda vəziyyət indikindən daha da pis olacaq.

İstəmirəm ki, hər kəsdə fikir yaransın ki, müharibə ilə bağlı vəziyyət yaxşıdır. Əksinə, Donbasda vəziyyət çox pisdir. Orada artıq bəzi kəndlər ümumiyyətlə mövcud deyil.

Əgər MLRS ala bilməsək, biz Xersonu azad edə bilməyəcəyik. Biz icazə verə bilmərik ki, Xerson Rusiya işğalında qalsın. Əgər Xerson onların nəzarətində qalsa, onlar orada strateji mərkəz yaradacaq və beləliklə Ukraynanın mərkəzi və cənub-qərb torpaqları təhlükə altında olacaq”.

TVMusavat-ın saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişinin qonaqları AMİP sədri Arzuxan Əlizadə ilə Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Qarabağ və Ukrayna məsələlərini müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR