İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən MARAQLI addım - 4 ildən sonra ləğv etdi

1429 10.05.2023 14:40 Son xəbər A A

Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslərə qoyulan qadağanı və Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, qərar rəsmi Tiflisin Ukraynaya birbaşa dəstəkdən faktiki olaraq geri çəkilməsi fonunda qəbul edilib.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun Gürcüstan parlamentindəki çıxışından sonra Tiflisdə keçirilən kütləvi etiraz aksiyalarına görə 2019-cu ilin iyunundan Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar dayanmışdı. Həmin vaxt rusiyalı deputat Gürcüstan parlamentinin spikerinin kreslosuna oturub rusca danışmışdı. Qavrilov yalnız güclü mühafizə altında Gürcüstanı tərk edə bilmişdi.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ildə, əsasən, Ukrayna ilə savaş başladıqdan sonra bu ölkəyə 62 mindən çox rus və əvvəllər Rusiyada yaşayan on minlərlə gürcü mühacirət edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR