İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin xalqa müraciət etdi

922 14.03.2024 15:48 Dünya A A

Rusiya Prezidenti Vladimir Putin ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı xalqa müraciət edib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya liderinin müraciəti "Birinci kanalın" efirində yayımlanıb. 

Putin öz müraciətində artıq sabah ölkədə seçki məntəqələrinin açılacağını xatırladıb. 

Onun sözlərinə görə, seçkilərin yekunu gələcək illərdə ölkənin inkişafına birbaşa təsir edəcək: "Bu, vacib, çox məsuliyyətli hadisədir".

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15, 16 və 17-si baş tutacaq. Ölkə prezidenti postu uğrunda dörd namizəd - Vladimir Putin, Vladislav Davankov, Leonid Slutskiy və Nikolay Xaritanov mübarizə aparacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR