İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Türkiyənin borcunu restrukturizasiya edən sənədi imzaladı: Detallar

799 29.05.2024 19:58 Dünya A A

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə dövlət ixrac krediti verilməsinə dair 2017-ci il hökumətlərarası sazişin 2 saylı Protokolunun ratifikasiyası haqqında qanunu imzalayıb.

Musavat.com xəbər verir ki, sənəd Rusiya prezidentinin rəsmi saytında dərc olunub.

Dövlət katibi - Rusiya maliyyə nazirinin müavini Aleksey Sazanovun əvvəllər verdiyi məlumata görə, dövlət kreditinin məbləği 726 milyon dollardır. O, qeyd edib ki, Türkiyə tərəfi 2022-ci ilə qədər öz öhdəliklərini vaxtında tam yerinə yetirib, lakin Ukraynadakı işğalçı müharibəyə görə tətbiq edilən sanksiyalar üzündən Ankara 2022 və 2023-cü illərdə “ondan asılı olmayan səbəblərdən” 111 milyon dollar məbləğində ödəniş edə bilməyib.

Ödənişlərin yerinə yetirilməməsində Türkiyə tərəfinin günahı olmadığı üçün iki ölkə hökumətləri vaxtı keçmiş borcların tətbiqinə başlandığı tarixdən etibarən 60 gün ərzində ödənilməsini və borcun hesablanmamasını nəzərdə tutan 2 nömrəli protokolu imzalayıblar. Kredit borcu müəyyən edilmiş müddətdə ödənildiyi təqdirdə hər hansı cərimə faizi hesablanmayacaq.

Sazanov qeyd edib ki, 2023-cü ilin sentyabrında Türkiyə vaxtı keçmiş borcunu tam ödəyib və protokolda borcun 17 milyon dollar cərimə ilə silinməsi nəzərdə tutulub.

Protokol 2023-cü il avqustun 18-də Moskvada və həmin il avqustun 24-də Ankarada imzalanıb. O, Türkiyənin Rusiyaya olan borcunun restrukturizasiyasını nəzərdə tutur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR