İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Tacikistan və Qırğızıstan liderləri ilə sərhəd münaqişəsini müzakirə edib

560 18.09.2022 15:42 Gündəm A A

Rusiya Prezidenti Vladimir Putin Qırğızıstan və Tacikistan prezidentləri Sadır Japarov və Emomali Rahmon ilə telefon danışığı apararaq, sərhəddəki gərginliyin daha da artmasının qarşısını almağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin tərəfləri eskalasiyanın daha da artmasının qarşısını almağa və vəziyyəti yalnız diplomatik yollarla mümkün qədər tez həll etmək üçün tədbirlər görməyə səsləyib.

Qeyd olunur ki, Rusiya Tacikistan və Qırğızıstan sərhədində vəziyyətin sabitləşməsinə yardım etməyə hazırdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR