İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin “Rosselxoznadzor”u yenə işə salıb: Bu dəfə hədəf Moldovadır

802 01.12.2023 19:52 Dünya A A

Rusiya Avropa Birliyinə üzvlüyə hazırlaşan Moldovaya qarşı təzyiqləri gücləndirib.

Musavat.com xəbər verir ki, Rusiya Fitosanitar və Veterinar Nəzarəti Xidməti dekabrın 4-dən Moldovadan bitkiçilik məhsullarının, o cümlədən tərəvəz və meyvələrin idxalına 2022-ci ildə tətbiq edilən qadağalara qayıtdığını açıqlayıb.

Qurum qadağanı tərəvəz və meyvələrdə Rusiyanın kənd təsərrüfatı istehsalına ziyan vura biləcək karantin obyektlərinin aşkarlanması ilə əsaslandırıb.

Moldova Qida Təhlükəsizliyi Agentliyi bu qərarla bağlı açıqlama yayaraq, noyabrda Rusiya tərəfindən gözlənilməz şəkildə çoxlu xəbərdarlıq aldıqlarını bildirib: “Son iki ay ərzində agentlik Rusiya hakimiyyət orqanlarından səkkiz bildiriş alıb ki, onlardan üçü noyabrın 24-dən 29-a qədərdir”.

Agentlik qadağanı əsassız və siyasi qərar hesab edir: “Rusiya hakimiyyətinin qərarı beynəlxalq fitosanitar prinsiplərə ziddir və heç bir real arqumentə əsaslanmır”.

Qeyd edək ki, Moldova Rusiyaya əsasən alma, həmçinin gavalı, üzüm və albalı ixrac edir. Moldova fermerləri son bir neçə ildə Rusiyaya hər il təxminən 200 min ton alma göndəriblər. Eyni zamanda, Moldova almalarının Avropa İttifaqına tədarükü 50 min ton kvota ilə məhdudlaşırdı. 2023-cü ildə Moldovanı dəstəkləmək üçün Avropa Parlamenti Moldovanın yeddi kənd təsərrüfatı məhsulu: gavalı, üzüm, alma, pomidor, sarımsaq, albalı və üzüm şirəsi üçün idxal kvotalarının ikiqat artırılmasını təsdiqləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR