İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin Priqojini bu üsulla məhv edəcək: bir müddət sonra...” - SENSASİYA

2649 25.06.2023 21:24 Son xəbər A A

“Baş verən proses nəticəyə görə qiymətləndirilsə, bu, rəsmən qiyamdır. Ola bilsin ki, Priqojin bu qiyamı Qərb kəşfiyyatı ilə əlaqə nəticəsində icra etdi. O, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə bağlı hansısa qrupların təsiri altına düşə bilər”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli deyib.

aziz.jpeg (273 KB)

Ekspert bildirib ki, Priqojin ordunu ona silah verməməkdə ittiham edirdi, amma yürüş göstərdi ki, əslində əlində kifayət qədər arsenal var imiş:

“Əlavə tələb edərək aldığı silahları Ukrayna cəbhəsində deyil, Rusiyaya qarşı istifadə etmək üçün nəzərdə tuturmuş.

Bu prosesin gedişatı onu da göstərdi ki, Putinin imicinə böyük zərbə dəydi. Çünki Priqojin ən azından ikinci eşalonla, cəbhənin arxasından Moskvaya qədərki 1000 kilometrdən artıq məsafəni tam maneəsiz qət edə bilmə qabiliyyətini ortaya qoymuş oldu. Bu, müharibə aparan bir ölkənin sərhədi xaric, digər coğrafi, hərbi zonalarının nə qədər zəif olduğunu göstərdi. Heç şübhəsiz ki, helikopterlərin vurulması, hərbi maşınların sıradan çıxarılması ciddi zərərdir. İctimai dəstəyi əldə edə bilməməsi və ordunun tam olaraq onun tərəfinə keçməməsi səbəbindən biz Priqojinin geri qayıtmasını gördük”.

Siyasi şərhçi hesab edir ki, bu olaylar Putin üçün bir test olmalıdır:

“Bu dərəcədə böyük bir təhlükə onun siqnalını verdi ki, əhali Putini də dəstəkləmir və qeyri-professional şəkildə müdafiə mexanizminə malikdir”.

“Putin Priqojini necə cəzalandıracaq?” sualına ekspert belə cavab verib:

“Ənənəvi olaraq Rusiya kəşfiyyatı daha çox “zəhərləmə” formatına yaxın bir proses icra edir. Yəqin ki, bir müddət sonra həmin prosesin şahidi olacağıq. Priqojin ətrafındakı şəxs tərəfindən də öldürülə bilər. Böyük ehtimalla ölkəni də tərk edə bilər”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR