İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin prezident seçkisində BELƏ SƏS VERDİ - VİDEO

758 16.03.2024 17:35 Dünya A A

Rusiyada 3 gün davam edən seçkidə səsvermə davam edir. Rusiya prezidenti Vladimir Putin prezident seçkiləri üçün keçirilən səsvermədə iştirak edib.

Musavat.com xəbər verir ki, Kremldən verilən açıqlamaya görə, Rusiya prezidenti Vladimir Putin prezident seçkiləri üçün uzaqdan, elektron şəkildə səs verib.

Qeyd edək ki, Rusiyada dünən başlayan prezident seçkisi sabaha qədər davam edəcək. Ölkədə prezident seçkisi ilk dəfə 3 gündür və federal dairələrin, demək olar ki, üçdə birində uzaqdan elektron səsvermə yolu ilə keçirilir.

Müstəqil namizəd kimi namizədliyini irəli sürən hazırkı prezident Vladimir Putin Rusiya Liberal Demokrat Partiyasının sədri Leonid Slutski, Rusiya Kommunist Partiyasından namizədliyi irəli sürülmüş parlament üzvü Nikolay Xaritonov və Yeni Xalq Partiyasının sədr müavini Vladislav Davankov ilə yarışır.

Xarici media yazır ki, 4 müddət ölkə prezidenti olmuş Putinin seçkini qazanacağı dəqiq olsa da, namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməsə, aprelin 7-də səsvermənin ikinci turu keçiriləcək.

Seçkidə qalib gələn namizədin mayın 7-də andiçməsi planlaşdırılır.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR