İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin onlara qarşı HƏRƏKƏTƏ KEÇİR

865 18.04.2023 18:15 Region A A

Rusiya Dövlət Duması prezidentin səlahiyyətlərinin artırılması haqqında qanun qəbul edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının sədri Vyaçeslav Volodin özünün Teleqram kanalında məlumat yayıb.

Volodinin sözlərinə görə, qanun layihəsi “xarici strukturların Rusiyaya qarşı qeyri-qanuni qərarlar qəbul etməsi halında ölkəni və vətəndaşları qoruması üçün” dövlət başçısına əlavə səlahiyyətlər verir.

Yeni qanuna görə, prezident artıq özü hər hansı şəxsi vətəndaşlıqdan məhrumetmə haqqında qərar verə biləcək. Bunun üçün yeni qanunla əsaslar gətirilib.

Rusiya vətəndaşlığından məhrumetmənin yeni səbəbləri arasında “ordudan qaçma”, “ordu və könüllülər haqqında saxta məlumatların yayılması”, iğtişaşlar törətmək”, “mitinqlər haqqında qanunun dəfələrlə pozulması”, “hərbi xidmətdən yayınma” və “xarici agentlər haqqında qanuna əməl edilməməsi” göstərilib.

Dumanın qəbul etdiyi qanuna görə, milli təhlükəsizliyə təhlükə yaradan hərəkətlər Rusiya vətəndaşlığından məhrum edilməsi üçün əsas yaradır.

Ekspertlərin fikrincə, belə bir mürtəce qanun dəyişikliyi Kremlin əlinə ölkəni müxalifyönlü insanlardan təmizləmək üçün yeni əsaslar verir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR