İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin nə istəyirdi, nə qazandı...

1256 02.05.2023 09:38 Yazarlar A A

Ötən günlərdə Suriya münaqişəsinin nizamlanmasında iştirak edən aktorların təmsilçilərinin Moskvada toplaşacağı haqqındakı xəbəri eşidəndə qeyri-ixtiyari olaraq yadıma bu kontekstdə bir detal düşdü. Suriya münaqişəsinə qoşulmaq ərəfəsində prezident Vladimir Putin demişdi ki, bizi hərbi-silahlanma yarışına, Əfqanıstan kimi daha bir münaqişəyə cəlb etmək istəyirlər, amma biz buna getməyəcəyik...

O vaxt Putin bizə çox ağıllı adam təsiri bağışlamışdı. Amma çox çəkmədi ki, Rusiya Suriya münaqişəsinə də qoşuldu, Ukrayna müharibəsini də başlatdı. Nə oldu? Niyə bu baş verdi? Hər şeydən əvvəl səbəbləri Putinin öz siyasi dünyagörüşündə axtarmaq lazımdır. Ona görə ki, bu adam əzəl gündən “SSRİ-nin xəstəsi” olub. 

Hakimiyyətə gələndən az müddət sonra SSRİ-nin himnini təkrarən Rusiyanın himni etdi. Buna o vaxt hətta Rusiyanın birinci prezidenti Boris Yeltsin də etiraz etmişdi. Amma bütün bunlar Putini öz qərarını dəyişməyə vadar edə bilmədi...

Sonuncu ilk baxışda kiçik bir detal kimi görünə bilər. Amma bu belə deyil. Həyəcana səbəb ola biləcək başqa bir detal bir az sonra baş verdi - Putin Krımı işğal etdi. Buna reaksiya necə oldu? O vaxt iki rus diplomatının biri-biri ilə danışığını tutmuşdular. Onlardan biri o birisinə demişdi ki, tezliklə Alyaskanı da qaytaracağıq...

Ona görə də məsələ tək Putində deyil. Bütün ölkələrdə qeyri-formal “müharibə partiyaları” olur. Onların bir qayda olaraq böyük geosiyasi iddiaları və hədəfləri olur. Ən başlıcası isə bu adamlar öz hədəflərinə çatmaq üçün, hətta qonşuları ilə münasibətləri nizamlamaq üçün “ən qısa yol”dan- müharibədən istifadə etməyə çalışırlar. 

SSRİ-nin süqutu Rusiyanın beyinlərini yeni milli hədəflər axtarmağa sövq etdi. Onların bəzisi ( Qleb Pavlovski, Aleksandr Duqin və başqaları) hətta Kremlə yol tapdılar. Putin və komandası seçimini “yeni Avrasiyaçılıq” modeli üzərində dayandırdı - bəli, Rusiya bu geosiyasi arealda öz missiyasını axtarmalı idi. Bu konsepsiya Putin və komandası üçün ona görə məqbul idi ki, onlar da Rusiyanın “nüfuz”unu hər şeydən əvvəl keçmiş SSRİ məkanında bərpa etməyə çalışırdılar...

İndi bütün bunlar bəlkə də tarixdir. SSRİ-ni bərpa etmək səmtində Kreml sözdən işə keçibdir. Bir ildən artıqdır ki, Ukraynada mübaribə gedir. Bu da azmış kimi, hazırda keçmiş SSRİ-nin bütün perimetri boyunca Rusiya ilə Qərb arasında qarşıdurma yaşanır. Amma bunun ilk nəticələri nələri deməyə əsas verir?

Ukrayna ilə mühariubəyə baslayanda Putin düşünürdü ki, birincisi, bu müharibə də Gürcüstan müharibəsi kimi olacaq. Amma belə olmadı - düz bir il keçib müharibənin başlanmasından, fəqət, Ukrayna nəinki məğlub olmağı düşünmür, əksinə, Kremlin ildırımsürətli müharibə haqda olan bütün planlarını heç edibdir - Moskva hər ay “həlledeici hücuma” keçəcəyini elan edir, lakin bir ay başqasını əvəz edir, “həlledici hücum” isə alınmır ki, alınmır...

İkincisi, Ukraynaya qarşı müharibəyə başlayanda Putinin minimum planı Krımı quru ərazisi vasitəsilə Rusiyaya birləşdirmək idi. Buna o indi formal baxımdan nail olub, zira bu müvəqqəti üstünlükdür. Bəlkə də bu məqamda Moskva müharibəni dayandırmaq istərdi, amma Ukrayna bunu istəmir və o cümlədən də Krım azad olunca hərbi əməliyyatların davam edəcəyini deyir. Təsadüfi deyil ki, bu yaxınlarda V.Putin demişdi ki, əbədi döyüşmək, əbədiyyətə qədər müharibə aparmaq fikrimiz yoxdur. Di gəl, Rusiya prezidentinin bu siqnalı Kiyevdə heç bir reaksiya doğurmadı... 

Üçüncüsü, burada daha bir maraqlı detal var. NATO ilə ABŞ-ın birgə hərbi büdcəsi iki trilyon dollardan artıqdır! Bu, Rusiya üçün fantastik bir ədəd hesab olunmalıdır. Üstəlik, ABŞ və digər Qərb dövlətləri, Vaşinqtondan sonra Pekini fövqəldövlət hesab edirlər. Amma burada da bir ədəd var və o da budur ki, Pekinlə Vaşinqtonun ticarət dövriyyəsi 700-800 milyard dollar təşkil edir. Çin bu bazarı itirmək istərmi?..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR