İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin MEYDAN oxudu: Bu, ABŞ-ın axmaqlığıdır... - Qabil Hüseynli ilə CANLI

843 09.02.2024 15:47 Son xəbər A A

Dollardan xarici siyasət mübarizəsi vasitəsi kimi istifadə etməsi ABŞ siyasi rəhbərliyinin ən ağır strateji səhvlərindən biridir. Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

“Dollar ABŞ-ın dünyada gücünü saxlamaq üçün əsas silahdır. Siyasi rəhbərlik dollardan siyasi alət kimi istifadə etmək qərarına gəldikdən sonra ABŞ-ın bu gücünə hücum etdi. Ədəbsiz ifadələr işlətmək istəmirəm, amma bu axmaqlıq və böyük səhvdir”, - Putin bildirib. Onun sözlərinə görə, 2022-ci ilə qədər Rusiyanın xarici ticarətinin 80 faizi dollarla aparılırdısa, indi bu rəqəm xeyli azalıb: “2022-ci ilə qədər Rusiyanın xarici ticarətində ödənişlərin təxminən 80 faizi dollar və avro ilə olub. Eyni zamanda, üçüncü ölkələrlə hesablaşmalarımızın təxminən 50 faizini dollar təşkil edirdi və indi, məncə, cəmi 13 faiz qalıb. Amma dollardan istifadəni qadağan edən biz deyildik, buna can atmadıq. ABŞ dollarla ödənişlərimizi məhdudlaşdırmaq qərarına gəldi. Düşünürəm ki, bu, ABŞ-ın özünün, vergi ödəyicilərinin maraqları baxımından tamamilə cəfəngiyatdır. Bu, ABŞ iqtisadiyyatına zərbə vurur və dünyadakı gücünü sarsıdır”.

Ukrayna Silahlı Qüvvələrinin yeni təyin olunmuş baş komandanı Aleksandr Sırski öz vəzifəsində yeni vəzifələri açıqlayıb. General Sırski "Telegram" hesabında paylaşım edib. "Gündəlikdə yeni vəzifələr var. Bu, ilk növbədə, cəbhənin beynəlxalq tərəfdaşlardan gələn ən son silahlara olan tələbatını nəzərə almaqla, bütün hərbi idarəetmə orqanlarının, birləşmələrin və hissələrin hərəkətlərinin aydın və ətraflı planlaşdırılmasıdır. Döyüş bölmələri üçün lazım olan hər şeyin ən sürətli və rasional bölüşdürülməsi və çatdırılması hərbi logistikanın əsas vəzifəsi idi və qalır. Cəbhənin bütün ehtiyaclarını istisnasız bilmək və onun hər bir bölgəsində vəziyyətdən xəbərdar olmaq bütün səviyyələrdə qərargahların vəzifəsidir. İdeyaların və planların inkişafı və uğurla həyata keçirilməsi üçün həlledici amil hərbi idarənin şəxsi heyətinin ixtisaslı olmasıdır.

Hərbçilərin həyatı və sağlamlığı həmişə Ukrayna Ordusunun əsas dəyəri olub və belədir. Buna görə də, döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bölmələrin bərpası və şəxsi heyətin hazırlığının intensivləşdirilməsi arasında tarazlığın qorunması həmişəkindən daha aktual olaraq qalır. Yeni texniki həllərin tətbiqi və uğurlu təcrübənin genişləndirilməsi, məsələn, pilotsuz uçuş sistemlərin, müasir radioelektron müharibə vasitələrinin tətbiqi azadlıq müharibəmizdə qələbənin qurulmasının gələcək vektorlarından biridir. Yalnız döyüş vasitələrinin və üsullarının dəyişməsi və daim təkmilləşdirilməsi bu yolda uğur qazanmağa imkan verəcəkdir.

Amma təbii ki, etibarlı arxa cəbhə müharibədə ümumi uğurun əsas komponentlərindən biridir", - Baş komandan bildirib.
TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını professor Qabil Hüseynli cavablandırır.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR