İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Kim Çen Ina avtomobil hədiyyə edib

1351 20.02.2024 04:27 Dünya A A

Rusiya Prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen Ina avtomobil ərməğan edib.

“Report” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi bildirib.

Rusiya istehsalı olduğu iddia olunan avtomobilin marka və modeli qeyd olunmayıb.

Xatırladaq ki, hələ ötən ilin sentyabrında Putin şimali koreyalı həmkarını Rusiya istehsalı “Aurus” avtomobili ilə tanış edib. Bununla belə, Kim Çen In Qərb markalarının yasaqlandığı ölkəsində Almaniya istehsalı “Maybach”da hərəkət etməyə üstünlük verir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR