İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Ermənistana getsə, həbs olunacaq?

453 14.02.2024 12:56 Son xəbər A A

“Rusiya prezidenti Vladimir Putin Ermənistana gəlmək qərarına gəlsə, həbs olunacaqmı?”

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan yerli İctimai Televiziyaya müsahibəsində sözügedən problemin həllinin yalnız bir yolu olduğunu deyib.

“Toxunulmazlıq məsələsi mübahisəlidir, çünki iki fərqli məhkəmə - Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsi vəzifədə olan prezidentlərin toxunulmazlığına fərqli yanaşır. Roma Statutunun ratifikasiyası zamanı biz Rusiya tərəfinə nizamnamənin müddəalarına əsaslanan ikitərəfli saziş imzalamağı təklif etmişdik. Buna əsasən, dövlətlər ikitərəfli müqavilələr bağlaya, istisnalarla bağlı müəyyən öhdəliklər götürə bilərlər. Bu təklif hələ ötən ilin aprelində Rusiya tərəfinə təqdim edilmişdi. Lakin təəssüf ki, saziş imzalanmadı. Məncə, bu problemi həll etmək üçün ən yaxşı mexanizm məhz sazişin imzalanmasıdır. Ümid edirəm ki, Xarici İşlər Nazirliyindəki həmkarlarımız rusiyalı həmkarlarımızla bu istiqamətdə işləyirlər. Bundan daha yaxşı təklif bilmirəm”, - deyə erməni rəsmisi qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR