İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Dağıstana görə TƏCİLİ müşavirə çağırdı, İsrail tankları Qəzzaya GİRDİ - CANLI

953 30.10.2023 14:59 Siyasət A A

İsrail ordusunun tankları Qəzza şəhərinin yaxınlığında görünüb. Musavat.com xəbər verir ki, bu barədə “Agence France-Presse”(AFP) agentliyi hadisə şahidlərinə istinadən məlumat yayıb. Agentliyin məlumatına əsasən, zirehli texnika Qəzza zolağının şimal və cənub rayonlarını birləşdirən əsas yolu bağlayıb.

İsrail ordusu Qəzza zolağında irəliləyir. İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib. Qeyd olunub ki, İsrail hərbçiləri və tankları döyüş əməliyyatları planlarına uyğun olaraq yerüstü əməliyyatları genişləndirir.

Qəzza zolağının altındakı tunellərin ölçüləri onlardan motosikletlərin və hətta avtomobillərin keçməsinə imkan verir. Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Bagiri deyib.

“Təkcə Qəzzanın şimalında Fələstin müqavimətinin üzvləri 400 km-dən çox yeraltı tunel tikiblər və bəzən motosikletlər və hətta avtomobillər də bu tunellərdən keçir. Bu keçidlərin bir ucu İsrail ərazisində, digəri isə Qəzza zolağındadır.

Fələstin döyüşçüləri İsrailin quru əməliyyatına hazırdır və biz son bir neçə gündə düşmənin məğlubiyyətinin nəticələrini gördük. Qəzzada internet olan kimi yanmış İsrail tanklarının və ölən əsgərlərin fotoşəkillərini görə biləcəyik”, - Bagiri bildirib.

HƏMAS və İsrail arasındakı münaqişənin sonu ölkənin hazırkı Baş naziri Benyamin Netanyahunun siyasi karyerasının sonu olacaq. “Voll Strit Jurnal” partiya rəsmisinə istinadən məlumat yayıb. Mənbə bildirib ki, o, “Likud” partiyasının rəhbəri postunu tərk edəcək və İsrailin Baş naziri postundan istefa verəcək.

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 30-da Mahaçqalakı hadisələrlə bağlı Moskva vaxtı ilə saat 19:00 radələrində müşavirə keçirəcək. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putin müşavirədə Qərbin Yaxın Şərqdəki hadisələrdən Rusiya Federasiyasında cəmiyyəti parçalamaq üçün istifadə etmək cəhdlərini müzakirə edəcək.
Kreml rəsmisi deyib ki, oktyabrın 29-dan Putinin Dağıstandakı vəziyyətlə bağlı Federal Təhlükəsizlik Xidmətindən, Rosqvardiyadan və respublika rəhbərindən ətraflı məruzələr alıb və alır.
Peskov Mahaçqalada iğtişaş iştiraçılarına qarşı hansı tədbirlərin görülə biləcəyi barədə danışmayaraq, Putinin müşavirəsini gözləməyi təklif edib. Kremlin sözçüsü vurğulayıb ki, Rusiyanı istəməyənlər vəziyyətdən asanlıqla sui-istifadə edir və Qəzzadan gələn dəhşətli kadrlar fonunda insanları təxribata çəkirlər.

"Mahaçqala hava limanında baş verən hadisələr əsasən kənar müdaxilələrin, o cümlədən xarici informasiya təsirinin nəticəsidir", deyə Kremlin sözçüsü vurğulayıb. Əlavə edib ki, Mahaçqalada keçiriləcək tədbirlər ölkədə Milli Birlik Gününün qeyd olunmasına təsir etməyəcək.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını siyasi şərhçi Heydər Oğuz cavablandırır.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR