İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Baydenin təhqirinə GÖRÜN NECƏ cavab verdi

1393 23.02.2024 15:37 Dünya A A

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenin ona qarşı təhqiramiz ifadələr işlətməsinə istehza ilə gülərək cavab verib.

Musavat.com xəbər verir ki, jurnalist Pavel Zarubinə danışan Putin bir müddət əvvəl verdiyi açıqlamada ABŞ prezidenti olaraq Baydeni Donald Trampdan üstün tutduğunu xatırladıb.

Putin Baydenin təhqirinin ABŞ prezidenti kimi Baydeni Donald Trampdan üstün tutduğunu ifadə etməsindən qaynaqlandığını iddia edib.

"Məndən ABŞ-ın növbəti prezidentliyə namizədləri arasında kimə üstünlük verdiyimizi soruşanda dedim ki, hər kəslə işləyə bilərik. Bununla belə, Baydenin bizim üçün, Rusiya üçün daha yaxşı olduğunu dedim. Əlbəttə, o mənə "afərin Volodya, köməyin üçün təşəkkür edirəm" deyə bilməz. Biz orada baş verənləri daxili siyasət baxımından anlayırıq" - Rusiya lideri bildirib.

Putin bir daha prezident kimi Baydenə üstünlük verdiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib. Rusiya prezidenti Vladimir Putinin “dəli” olduğunu bildirən Bayden sərt ifadələr səsləndirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR