İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin ABŞ-li kino ulduzuna orden verdi

674 30.05.2024 23:51 Dünya A A

Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi, ABŞ-li aktyor Stiven Siqala "Dostluq" ordenini təqdim edib.

Mükafatlandırma mərasimi Kremlin Yekaterina zalında baş tutub.

Rusiya Prezidentinin Stiven Siqalın təltif edilməsi haqqında sərəncamında məşhurun "Beynəlxalq mədəni və humanitar əməkdaşlığın inkişafındakı böyük xidmətlərinə görə" "Dostluq" ordeni ilə təltif edildiyi qeyd edilib.

Xatırladaq ki, sonuncu dəfə Siqal mayın 7-də Kremldə prezidentin andiçmə mərasimində olub.

Qeyd edək ki, aktyor 1952-ci ildə anadan olub və 1980-1990-cı illərdə döyüş filmləri qəhrəmanı kimi şöhrət qazanıb. O, Aykido ustasıdır. Siqal hazırda Rusiyada yaşayır. V.Putin ona 2016-cı ildə Rusiya vətəndaşı pasportunu verib.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR