İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pullar döyüşçülərin ehtiyaclarına yönəldilsin!”- Volodin indi də blogerləri hədəf aldı

691 01.05.2023 15:45 Son xəbər A A

“Milyonçu blogerlərin vergidən yayınmaya görə ödədiyi cərimələr xüsusi hərbi əməliyyatın ehtiyaclarına və sosial problemlərin həllinə yönəldilməlidir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının spikeri Vyaçeslav Volodin deyib.

O, xalqın hesabına sərvət qazanan, saxtakarlıqdan istifadə edən blogerləri sərt tənqid edib.

“Yığılan pullar məktəblərin, xəstəxanaların təmirinə, insanların problemlərinin həllinə, əsgər və zabitlərimizin, onların ailə üzvlərinin saxlanmasına sərf olunmalıdır”, – Volodin qeyd edib.

Spiker bildirib edib ki, hazırda Federal Vergi Xidməti vergidən yayınma ilə bağlı cinayətləri aşkar etmək üçün lazım olan hər şeyi edir.

Qeyd edək ki, son vaxtlar xeyıi sayda rus blogerlə bağlı vergidən yayınma və çirkli pulların yuyulması ittihamları üzrə araşdırma başladılıb. Onların bəzisinə cinayət işi açılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR