İnsanlara hürriyət, millətlərə istiqlal!

PROQNOZ: “İran bu gün-sabah tam diz çökməyə məcbur qala bilər”

1452 18.03.2026 19:24 Dünya A A

Məlum olduğu kimi, İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini ilə birlikdə onun oğlu, müavini və bir neçə mühafizəçisi həlak olub.

Yayılan xəbərlər göstərir ki, Laricaninin ölümündən sonra İranın yüksək vəzifəli rəsmiləri arasında ciddi narahatlıq və qorxu yaranıb. Onların öz təhlükəsizlikləri ilə bağlı ciddi şəkildə təşviş keçirdikləri qeyd olunur. Bu hadisə ölkə daxilində həm siyasi, həm də təhlükəsizlik baxımından yeni və gərgin mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Laricaninin ölümü İranda rejimin zəifləməsi, hətta dağılması və ya mümkün təslimçilik meyllərinin yaranması kimi qiymətləndirilə bilərmi? Onun aradan götürülməsi ölkənin idarəetmə sistemində nə dərəcədə boşluq yarada və bu boşluq hansı siyasi nəticələrə səbəb ola bilər?

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Musavat.com-a danışıb. Politoloq qeyd edib ki, İranda xeyli vaxtıdr ki, hakimiyyət boşluğu əmələ gəlib: “Hətta hakimiyyətin parçalanması barədə də danışırlar. Əli Laricani Əli Xameneiyə yaxın fiqurlardan biri idi. Onun öldürülməsi, bəli, hakimiyyət boşluğunun daha aydın şəkildə üzə çıxmasına səbəb olacaq. Yəni, Əli Laricani kimi strateji fiqurun sıradan çıxarılması artıq sistem daxilində ciddi çatların yaranmasını göstərir.

Bununla yanaşı, İran kəşfiyyat naziri, “Ettelaat” rəhbərinin də öldürülməsi haqda iddialar səsləndirilir. Bütün hallarda görünən odur ki, İran hakimiyyəti daxilində vəziyyət son dərəcə gərgin və qeyri-sabitdir.

Hazırkı mənzərə onu göstərir ki, hakimiyyət artıq parçalanmış, pərakəndə və dağınıq vəziyyətə düşüb. Elə bir vəziyyət yaranıb ki, yüksək səviyyəli rəsmilər bir araya gələrək normal şəkildə, məsələn, Nazirlər Kabinetinin iclasını keçirə, yaxud mühüm qərarları kollektiv şəkildə müzakirə edə bilmirlər. Bu isə ölkədə faktiki olaraq hakimiyyət vakuumunun formalaşdığını göstərir.

Görünən odur ki, bu proses təkcə müvəqqəti deyil və davamlı xarakter alacaq. Bu gün, sabah İranda hakimiyyətin tamamilə “şil-küt” ediləcəyi, onun diz çökməyə məcbur ediləcəyi gözlənilir”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR